Böyük Britaniya və ABŞ nüvə silahı barədə müqavilənin müddətini uzada bilər

Böyük Britaniya və ABŞ nüvə silahı barədə müqavilənin müddətini uzada bilər backend

Böyük Britaniya və ABŞ nüvə silahı barədə iki ölkə arasında hərbi əməkdaşlığı nəzərdə tutan 1958-ci il qarşılıqlı müdafiə müqaviləsini qeyri-müəyyən müddətə uzatmaq niyyətindədir.

Qaziler.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Nəşrin yazdığına görə, bu, Britaniya və ABŞ-ın nüvə silahı proqramları arasında texnologiya mübadiləsini tənzimləyən sazişdir. Hər iki ölkə “düşmənləri tərəfindən silahların yayılmasının qarşısını almaq üçün” çəkindirici qüvvələrinin bahalı modernləşdirilməsinə başlayır.

Müqavilənin müddəti dekabrda başa çatır. Sonuncu dəfə 2014-cü ildə on il müddətinə uzadılıb. Sənəd nüvə texnologiyası və məlumat mübadiləsini nəzərdə tutur, lakin nüvə silahının ötürülməsi və ya onların üzərində nəzarəti əhatə etmir.

QAZİLER.AZ

Diaspora