USQ-nin Latviyadan olan muzdlu döyüşçüsü beynəlxalq axtarışa verilib

USQ-nin Latviyadan olan muzdlu döyüşçüsü beynəlxalq axtarışa verilib backend

Ukrayna Silahlı Qüvvələri tərəfində döyüşlərdə iştirak edən Latviya vətəndaşı Alvis Luksa beynəlxalq axtarışa verilib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Donetsk Xalq Respublikası (DXR) prokurorluğunun saytında məlumat verilib.

İstintaqın məlumatına görə, 31 yaşlı şəxs Ukrayna qoşunlarına qoşulub və 2022-ci ilin fevralından 2023-cü ilin mayına qədər cəbhənin müxtəlif sahələrində döyüşlərdə iştirak edib. Bunun üçün o, bir milyon rubl pul mükafatı alıb. Nəticədə muzdluya qarşı cinayət işi açılıb.

Nəşrin məlumatından aydın olur ki, DXR prokurorluğu artıq Latviya vətəndaşının işi üzrə ittiham aktını təsdiqləyib. Üstəlik, məhkəmə həmin şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçib.

QAZİLER.AZ

Diaspora