Birləşmiş Ştatlar yaxın iki həftə ərzində məsələnin həllinə nail olunmayacağı təqdirdə Qəzza zolağı ilə bağlı danışıqlardan çıxmaq niyyətindədir.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, atəşkəs danışıqlarında şəxsən iştirak edən HƏMAS rəsmisi danışıqların gedişi ilə bağlı bir sıra məlumatları Türkiyə Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmilərinə çatdırıb.
Onun sözlərinə görə, ABŞ İsrailə heç bir təzyiq göstərmir və Vaşinqton danışıqları tərk edərsə, hər şey “başlanğıc nöqtəsinə” qayıdacaq.
O, həmçinin bildirib ki, hazırda münaqişə tərəfləri arasında üç əsas məqam üzrə danışıqlar aparılır. Onun sözlərinə görə, real vəziyyət müsbət deyil.
QAZİLER.AZ