Hindistanda bir şəhər böyük daşqından sonra timsahlar tərəfindən basılıb.
Qaziler.az xəbər verir ki, bu haqda məlumat “Oddity Central”da dərc olunub. Yerli sakinlər etiraf ediblər ki, artıq küçəyə çıxmaqdan qorxurlar.
Hindistanın Vadodara şəhərinin sakinləri seldən sonra kütləvi şəkildə peyda olan timsah dəstələrindən şikayətləniblər. Yırtıcılar ev heyvanları və mal-qara ilə qidalanaraq insanlara ciddi problemlər yaradıb. Bundan əlavə, yerli sakinlər sürünənlərin şikarına çevrilməmək üçün küçələrə çıxmaqdan qorxurlar.
Şəhər rəhbərliyi bildirib ki, timsahlarla bağlı problemi xüsusi nəzarətdə saxlayırlar və sakinlərdən onların tutulmasına köməklik göstərmələrini xahiş ediblər.
QAZİLER.AZ