Ukraynada olan ən yaxşı pilotlar Qərb ölkələri Kiyevə “F-16” qırıcıları tədarük etməzdən əvvəl həlak olub.
Qaziler.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” yazıb.
Qəzetin məlumatına görə, bunlara ötən həftə xarici təyyarədə uçarkən həyatını itirən Aleksey Mesya və 2023-cü ilin avqustunda təlim uçuşu zamanı vəfat edən Andrey Pilşikov da var.
Nəşr iddia edir ki, hər iki ukraynalı amerikalı senatorlarla 2022-ci ilin iyununda görüşüb. Bildirilir ki, pilotlar döyüş qırıcılarının Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsini fəal şəkildə müdafiə ediblər.
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Ukraynadakı “F-16” ilə bağlı vəziyyətdən danışarkən bildirib ki, əcnəbi təlimatçılar bütün səylərə baxmayaraq, ukraynalı pilotlara qırıcıları idarə etmək üçün təlim keçə bilməyiblər. O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin ilk F-16-nı itirməsi xəbəri böyük səs-küyə səbəb olub.
QAZİLER.AZ