Monqolustan hərbçiləri 2025-ci ildə Qırmızı Meydanda keçiriləcək Qələbə paradında iştirak edə bilər.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin həmkarı Uxnaaqiyn Xurelsuxla danışıqların yekununda bildirib. Onun sözlərinə görə, bayrama respublika rəhbəri də dəvət olunub. Putin xatırladıb ki, gələn il qələbənin 80 illiyi qeyd olunur.
“Gələn il Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi qeyd olunacaq. Biz prezident Xurelsuxu mayın 9-da Moskvaya gəlməyə dəvət etdik. Qızıl Meydandakı təntənəli paradda Rusiya hərbçiləri ilə birlikdə Monqolustan Silahlı Qüvvələrinin ekipajının da iştirakının mümkünlüyü araşdırılır”, - Putin bildirib.
Rusiya prezidenti həmçinin monqolustanlı həmkarını BRİKS sammitinə dəvət edib. Tədbir 2024-cü ilin oktyabrında Kazanda baş tutacaq.
QAZİLER.AZ