Venesuela prezidenti Nikolas Maduro ABŞ hakimiyyəti tərəfindən müsadirə edilən təyyarəsini əvəz etmək üçün Rusiyanın “İl-96” təyyarəsini ala bilər.
Qaziler.az xəbər verir ki, bu sözləri biznesmen və ən böyük fayl hostinqi “Megaupload” xidmətinin keçmiş sahibi Kim Dotkom “X” sosial şəbəkəsində yazıb. Onun fikrincə, baş verənlər siyasətə o qədər də təsir etməyəcək. Dotkom əmindir ki, Birləşmiş Ştatlar yalnız Maduroya yaxşılıq edib.
“Maduro bundan çox da təsirlənməyəcək. O, sadəcə Rusiyanın “İl-96” prezident təyyarəsini ala bilər ki, bu isə daha yaxşı seçim olar”, - deyən iş adamı hesab edib ki, Birləşmiş Ştatlar ona yalnız yaxşılıq edib.
Qeyd edək ki, sentyabrın 2-də CNN ABŞ Amerika sanksiyalarını pozduğu üçün Venesulea prezidenti Nikolas Maduronun təyyarəsini müsadirə edib.
QAZİLER.AZ