Böyük Britaniya hökuməti bəzi silahların beynəlxalq hüquqi standartları pozaraq istifadə oluna biləcəyindən narahat olduğu üçün İsrailə ixracını dayandırmaq qərarına gəlib.
Bu barədə “İnterfaks” xəbər verir.
Nəşr qeyd edir ki, qərar İsrailə silah ixracına dair 350 lisenziyadan təxminən 30-na təsir edəcək. Londonun fikrincə, bəzi silahların satışının dayandırılması, Qəzzada İsrail ordusunun əməliyyatı zamanı istifadə edilən silah növlərinə təsir edəcək.
Böyük Britaniyanın Müəssisə, Enerji və Sənaye Strategiyası Departamentinin rəhbəri Conatan Reynoldsun sözlərinə görə, İsrail tərəfinə döyüş təyyarələri, helikopterlər və pilotsuz uçuş aparatları üçün ehtiyat hissələrinin satışını dayandıracaq.
Qeyd edilib ki, bundan əvvəl Britaniya diplomatı Mark Smit İsrailə müasir silahların tədarükünün davam etdirilməsinə etiraz edərək istefa vermişdi.
QAZİLER.AZ