Ukrayna XİN-dən Putinin Monqolustan səfərinə sərt reaksiya

Ukrayna XİN-dən Putinin Monqolustan səfərinə sərt reaksiya backend

Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy Vladimir Putinin Monqolustan səfərini Beynəlxalq Cinayət Məhkəməsinə və beynəlxalq cinayət hüququna “ağır zərbə” hesab edərək, Ulan-Batoru nəticələri ilə hədələyib.

Qaziler.az bildirir ki, bu fikirlər onun “X” sosial şəbəkəsindəki səhifəsində yer alıb.

Tixiyin sözlərinə görə, Monqolustanın BCM-nin Rusiya liderinin həbsinə dair orderinə əməl etməkdən imtina etməsi “Beynəlxalq Cinayət Məhkəməsinə və beynəlxalq cinayət hüququ sisteminə ağır zərbədir”.

"Biz Ulan-Batorun bu hərəkətinin nəticələrinin olmasını təmin etmək üçün tərəfdaşlarla işləyəcəyik", - Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.

Monqolustan Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu imzalayan ölkədir. Moskva BCM-nin yurisdiksiyasını tanımayıb və Monqolustan hakimiyyəti Rusiya prezidentini həbs etməyəcəklərini bəyan edib.

Qeyd edək ki, Putin sentyabrın 2-də Monqolustana rəsmi səfərə gedib.

QAZİLER.AZ

Diaspora