"İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Filadelfiya dəhlizindən qoşunlarını çıxarmaq niyyətində deyil".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Qarşımıza dörd məqsəd qoymuşuq: HƏMAS-ı məhv etmək, bütün girov götürülənləri geri qaytarmaq, Qəzzanın İsrail üçün artıq təhlükə yaratmamasını təmin etmək və şimali israilliləri təhlükəsiz şəkildə evlərinə qaytarmaq”, - deyə o, bu məqsədlərdən üçünün Filadelfiya dəhlizindən keçdiyini vurğulayıb.
QAZİLER.AZ