İsraillilərə etiraz aksiyasını dayandırmaq əmri verildi

İsraillilərə etiraz aksiyasını dayandırmaq  əmri verildi backend

İsrailin Əmək Məhkəməsi məqsədi Qəzza zolağında girovların azad edilməsi üçün ölkə hakimiyyəti ilə HƏMAS hərəkatı arasında razılaşma əldə etmək olan tətilin dayandırılması barədə qərar verib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, nümayişlər Bakı vaxtı ilə saat 15:30-da başa çatmalı idi.

Nəşr vurğulayır ki, İsrail Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri İtamar Ben-Qvir milli həmkarlar ittifaqı mərkəzi Histadrutun tətilini dayandırmaq qərarına görə məhkəməyə minnətdarlığını bildirib.

Bu arada “Girov götürülmüşlərin Ailələri Forumu” vətəndaşları məhkəmə qərarına baxmayaraq nümayişi davam etdirməyə çağırıb.

Qeyd edək ki, sentyabrın 1-də Təl-Əvivdə ən böyük etiraz aksiyasına 550 min insan toplaşıb. Nümayişçilər girovların tezliklə azad edilməsini tələb ediblər. Mitinq Rəfah şəhərində tuneldə HƏMAS tərəfindən girov götürülən 6 nəfərin tapılması xəbəri fonunda təşkil edilib. Onların heç birinin həyatını xilas etmək mümkün olmayıb.

QAZİLER.AZ

Diaspora