Hindistanın Andhra Pradeş və Telanqana əyalətlərində yağan güclü yağışlar nəticəsində həyatını itirənlərin sayı 19-a yüksəlib.
Qaziler.az bildirir ki, “India Today”in məlumatına görə, ölkənin cənubunda Andhra Pradeş və Telanqana ştatlarında yağan aramsız yağışlar daşqınlara, maddi ziyana və insan tələfatına səbəb olmaqda davam edir.
Rəsmilər, iki əyalətdə güclü yağışlar nəticəsində həyatını itirənlərin sayının 19-a yüksəldiyini, ölənlərin 9-nun Andhra Pradeş, 10-nun isə Telanqana əyalətindən olduğunu bildirib.
Səlahiyyətlilər qeyd edib ki, Andhra Pradeş ştatında sel suları altında qalan 3 nəfər və Telanganada itkin düşmüş 1 nəfər üçün axtarış işləri davam edir.
Andhra Pradeşdə yağışlardan zərər çəkmiş 17 mindən çox insanın təhlükəsiz bölgələrə təxliyə edildiyini bildirən səlahiyyətlilər, ştat daxilində 140 qatar səfərinin ləğv edildiyini və təxminən 6 min sərnişinin stansiyalarda köməksiz vəziyyətdə qaldığını bildirib.
QAZİLER.AZ