Bu ölkədə çətənə leqallaşdırılır

Bu ölkədə çətənə leqallaşdırılır backend

Mərakeşdə çətənəni leqallaşdırmaq üçün Milli Agentlik yaradılıb. Agentlik çətənənin əkilməsi, istehsalı, emalı, marketinqi və ixracı məsələləri ilə məşğul olacaq.

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, İnkişaf, Mədəniyyət və Elm üçün Düşüncə Fondunun direktoru professor Məhəmməd Deruçanın sözlərinə görə, Mərakeş müvafiq sahəyə xarici investorları cəlb edəcək. Xüsusən ona görə ki, beynəlxalq şirkətlər tibbi məqsədlərlə istifadə olunan bu bitkidən yüksək gəlir əldə edir.

Bitkidən gözəllik sektorunda və tikinti sektorunda da istifadə olunur. Çətənə əkini ilə tanınan Mərakeş misli görünməmiş iqtisadi inkişafa qədəm qoyacaq. Təşəbbüsü irəli sürənlər ümid edirlər ki, bu qərarın qəbul edilməsi Mərakeş xalqına rifah gətirəcək.

Diaspora