Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında keçirdiyi əməliyyatda 17 terrorçunu zərərsizləşdirib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, İraqın şimalında Qara, Metina və Pəncə-Kilid əməliyyatı bölgələrində 15 PKK terrorçusu və Suriyanın şimalındakı Mənbic bölgəsində isə 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda isə “GÜRZ-11” antiterror əməliyyatı keçirilib. Daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, əməliyyat zamanı iki terrorçu zərərsizləşdirilib.