Sorosdan şok açıqlamalar

Sorosdan şok açıqlamalar backend

Amerika maliyyəçisi və tanınmış milyarder Corc Soros Davosda rəsmi Moskvanı sərt ittiham edib və Rusiyanı mafiya dövləti adlandırıb. Bu barədə "The Wall Street" jurnalı yazıb.

QAZİLƏR.AZ-ın ANS PRESS-ə istinadən məlumatına görə, o deyib ki, Rusiya hakimiyyəti güc hesabına ölkənin resurslarından şəxsi zənginləşməi üçün istifadə edir. İndi hadisələrin gedişatını izləmək və Rusiyanı təcavüzdən imtina etməyə inandırmaq lazımdır.
Amerikalı milyarder bildirib ki, Avropa İttifaqının strateji rəqibi Rusiya tərəfindən Ukraynaya təzyiq göstərilir və beləliklə, güc nümayiş etdirildi. Hadisələrin istiqamətini dəyişdirmək, müstəqilliyi saxlamaq üçün demokratik Ukrayna üçün Qərbin maliyyə köməyinə ehtiyac duyulur.
Onun sözlərinə görə, indi yalnız Ukraynanın gələcəyi deyil, həm də Avropa İttifaqının gələcəyi təhlükə altındadır. Ukraynanın yoxluğu Avropa üçün böyük itki olacaq. Bu, Rusiyanın parçalamaq və hökmranlıq etmək marağını artıracaq.
Mətbuat yazır ki, C.Soros son illərdə Rusiyaya ilk dəfə qarşı çıxmır. O, Davosda prezident Vladimir Putini kəskin tənqid atəşinə tutub: "Vladimir Putin zəiflikdən belə addım atır. Əvvəl, o, kifayət qədər məşhur idi, amma Dmitri Medvedev dövlət başçısı olan zaman Rusiya əhalisini ona qarşı yönəlti. Putin təhlükə, təhdid hiss etdikdən sonra ölkə daxilində və xaricində cəzaya və təcavüzkarlığa üstünlük verdi."
Diaspora