Ukraynanın nəzarətində olan Xerson şəhərində partlayış baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın “Public News” nəşri məlumat yayıb.
Partlayışla bağlı təfərrüatlar verilməyib.
Həmçinin avqustun 30-u axşam saatlarında şəhərdə silsilə partlayışlar baş verib.
Ekspertlərin fikrincə, son həftələr Rusiya Federasiyasının Silahlı Qüvvələri taktikasını dəyişib və hazırda Ukrayna ərazisindəki hədəflərə əsasən gecə deyil, səhər saatlarında zərbələr endirirlər.
QAZİLER.AZ