İsveçrədə “Telegram” qadağan edilir?

İsveçrədə “Telegram” qadağan edilir? backend

"İsveçrə hakimiyyəti ölkədə Telegram messencerinə qadağa qoyulmasını müzakirə etmir".

Qaziler.az xəbər verir ki, bu barədə Federal Kibertəhlükəsizlik İdarəsinin rəsmi nümayəndəsi Manuela Sonderegger “RİA Novosti”yə müsahibəsində bildirib. O, hökumətə “Telegram”ın təhlükələri barədə məlumat daxil olarsa, əhaliyə dərhal xəbərdarlıq ediləcəyini vurğulayıb.

“Hazırda İsveçrədə “Telegram”a qadağa qoyulması məsələsi müzakirə olunmur. Şirkətlər və şəxslər istifadə etmək istədikləri məhsulları və tətbiqləri seçirlər. Bu seçimlə bağlı riskləri təhlil etmək onların məsuliyyətidir”, - Sonderegger bildirib.

QAZİLER.AZ

Diaspora