Rusiya Timçenkonu xarici agent kimi tanıdı

Rusiya Timçenkonu xarici agent kimi tanıdı backend

Rusiya Ədliyyə Nazirliyi “Meduza” onlayn nəşrinin naşiri və təsisçisi Qalina Timçenkonu xarici agentlərin reyestrinə daxil edib.

Qaziler.az xəbər verir ki, nazirliyin saytında Timçenkonun Ukraynadakı xüsusi hərbi əməliyyata qarşı çıxdığı və xarici agent kimi tanınan digər şəxslərin materiallarını aktiv şəkildə yaydığı bildirilir.

“Q.V.Timçenko qeyri-məhdud insanlar dairəsində xarici agentlərin mesajlarının və materiallarının yaradılmasında və yayılmasında iştirak edib və Ukraynadakı xüsusi hərbi əməliyyata qarşı çıxıb”, - məlumatda qeyd edilib.

QAZİLER.AZ

Diaspora