Avropa İttifaqının müdafiə nazirləri Ukraynanı məyus etdi

Avropa İttifaqının müdafiə nazirləri Ukraynanı məyus etdi backend

Avropa İttifaqı ölkələrinin müdafiə nazirləri Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbələr endirməsinə qoyulan qadağanın ləğvi ilə bağlı razılığa gələ bilməyiblər.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu haqda Avropa diplomatiyasının rəhbəri Josep Borrel bildirib. Onun sözlərinə görə, qeyri-rəsmi görüşdə nazirlər belə qənaətə gəliblər ki, Ukraynanı silahla təmin edən hökumətlər belə bir addıma görə məsuliyyəti öz üzərinə götürməlidirlər.

“Avropa İttifaqına üzv ölkələr qərara gəldilər ki, bu, ikitərəfli məsələdir, qərarı silahı tədarük edən ölkələr verməlidir. Aİ səviyyəsində strateji müzakirə aparılıb, lakin nazirlər məsələnin milli hakimiyyət orqanlarının səlahiyyətində qalmasına qərar veriblər”, - Borrel deyib.

QAZİLER.AZ

Diaspora