Putin Monqolustanda onu həbs etməyəcəklərinə dair zəmanət alıb - "Bloomberg"

Putin Monqolustanda onu həbs etməyəcəklərinə dair zəmanət alıb -  "Bloomberg" backend

Rusiya diktatoru Vladimir Putin Monqolustanda  həbs olunmayacağına dair təminat alıb. Bu ölkə Roma Statutunu ratifikasiya etmişdir.

Qaziler.az bildirir ki, bu barədə "Bloomberg" xəbər verir.

"Bloomberg" mənbələrinə görə, Putinin Monqolustana səfəri üçün heç bir təhlükə yoxdur. O, Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında mümkün hərbi cinayətlərə görə həbs olunmayacağına dair təminat alıb.

Kremlin spikeri Dmitri Peskov "Bizim belə bir problemimiz yoxdur" deyib.

Rusiya Prezidentinin Monqolustana səfəri sentyabrın 3-nə planlaşdırılıb.

QAZİLER.AZ

 

Diaspora