Tailandda çökən tunelin dağıntıları altından 3 işçinin cəsədi tapılıb

Tailandda çökən tunelin dağıntıları altından 3 işçinin cəsədi tapılıb backend

Tailandda tikilməkdə olan tunelin çökməsi nəticəsində dağıntılar altında qalan 3 işçinin cəsədi tapılıb.

Qaziler.az bildirir ki, “Bangkok Post” qəzetinin məlumatına görə, Tayland Dövlət Dəmir Yolları rəisi Ekkarat Sriarayanponq avqustun 24-də çökən tunel tikintisində aparılan axtarış-xilasetmə işləri ilə bağlı açıqlama verərək dağıntılar altında qalan 3 işçinin cəsədinin tapıldığını bildirib.

Sriarayanponq bildirib ki, ölən işçilərdən ikisi Çindən, biri isə Myanmadandır və cəsədlər bir gün fərqlə tapılıb.

Daxili işlər naziri Anutin Çarnvirakul da axtarış-xilasetmə işlərinin 126 saat davam etdiyini qeyd edib.

Avqustun 24-də Taylandın Nakton Ratchasima bölgəsində tunelin bir hissəsi Çin-Tailand sürətli qatar xəttinin tikintisi zamanı çöküb. Səlahiyyətlilər 3 işçinin tuneldə sıxışıb qaldığını açıqlayıb.

QAZİLER.AZ

Diaspora