Ukrayna Qərb ölkələrindən ona verilən silahları lazım bildiyi kimi istifadə etməlidir. Bu, F-16 qırıcılarına da aiddir.
Qaziler.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel deyib.
“BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən , biz Ukraynaya hərbi əməliyyatlarda birbaşa iştirak etməklə deyil, özünü təcavüzdən müdafiə etmək və ona maddi təchizatla kömək etmək istəyiriksə, o zaman bu silah təchizatından necə istifadə edəcəyinə qərar vermək Ukraynanın işidir. ", - Pavel qeyd etdi.
O, xatırladıb ki, əgər Rusiya Ukraynaya təcavüzə başlamasaydı, ukraynalı müdafiəçilər Rusiya Federasiyasındakı heç bir hədəfə hücum etməli olmazdılar.
“Əsas kart prezident Putinin (Rusiya diktatoru Vladimir Putin - red.) əlindədir. O, müharibəni bir gecədə bitirə bilər”, - Çexiya dövlət başçısı əlavə edib.
QAZİLER.AZ