Hakan Fidan Brüsseldədir

Hakan Fidan Brüsseldədir backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edib və həmkarları ilə ikitərəfli görüşlər keçirib.

Qaziler.az bildirir ki, türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə Aİ Şurasında xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına qatılıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, təxminən 2 saat davam edən görüşdə regional məsələlərlə yanaşı, Türkiyə-Avropa İttifaqı münasibətləri də müzakirə edilib.

Görüş ərəfəsində Fidan Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares, Lüksemburqun xarici işlər naziri Xavier Bettel və Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə ayrı-ayrılıqda görüşlər keçirib.

QAZİLER.AZ

Diaspora