Cenevrədə bir işçi üçün NATO ofisi açılacaq

Cenevrədə bir işçi üçün NATO ofisi açılacaq backend

2024-cü ilin sentyabrında Cenevrədə NATO ofisi açılacaq və orada yalnız bir işçi çalışacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) rəsmi nümayəndəsi Enn-Kerolin Pissi Martel bildirib.

Onun sözlərinə görə, ofis BMT-nin baş qərargahının yaxınlığındakı GCSP binasında yerləşəcək.

Pissi Martel bildirib ki, onun fəaliyyətinin məqsədi beynəlxalq təşkilatlarla əlaqələri gücləndirmək olacaq.

Diaspora