NATO Latviya və Litvada bazalarını genişləndirir

NATO Latviya və Litvada bazalarını genişləndirir backend

NATO-nun Latviyadakı çoxmillətli briqadası Adazidə Kanada və İspaniya tərəfindən 7 milyon dollar məbləğində maliyyələşdirilən yeni baza açıb. Bazada zirehli texnika, anbarlar, çadırlar və texniki xidmət obyektləri yerləşir.

Qaziler.az Euronews-a istinadən xəbər verir ki, tam hazırlığın 2026-cı ildə başa çatacağı gözlənilir.

Litva həmçinin Ruklada 2026-cı ildə yerləşdiriləcək briqadanın infrastrukturunu genişləndirir. Alman komandiri Harald Qante Litva ilə uğurlu əməkdaşlığı və bu bazanın müttəfiqlərin hərbi texnikasına xidmət göstərilməsi üçün əhəmiyyətini qeyd edib.

Ruklada tikinti plana uyğun olaraq davam edir: ilin sonunda Litvaya 200-ə qədər alman əsgəri gələcək və gələn ilə onların sayı 800-ə çatacaq. Briqada 2027-ci ildə tam şəkildə burada yerləşdirilməlidir.

NATO-nun Latviyadakı çoxmillətli briqadasına Kana və İsveçin də əlavə edilməsi ilə Albaniya, Çexiya, Danimarka, İslandiya, İtaliya, Latviya, Monteneqro, Şimali Makedoniya, Polşa, Slovakiya, Sloveniya və İspaniyadan olan qüvvələr daxildir.

Mart ayında Latviya NATO-ya üzvlüyünün 20 illiyini qeyd etdi. 2002-ci ildə bu ölkə Bolqarıstan, Estoniya, Litva, Rumıniya, Slovakiya və Sloveniya ilə birlikdə alyansa dəvət olunub.

QAZİLER.AZ

Diaspora