Putin Ukraynaya qarşı yeni “soyuq müharibə” hazırlayır - Barbok

Putin Ukraynaya qarşı yeni “soyuq müharibə” hazırlayır -  Barbok backend

Rusiya diktatoru Vladimir Putin Ukraynaya qarşı yeni soyuq müharibə hazırlayır.

RBC-Ukrayna Tagesschau-ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok deyib.

Burbok vurğulayıb ki, son həftələr və aylar ərzində Rusiya qoşunları Ukraynanın istilik və su təchizatı infrastrukturuna qəsdən hücum ediblər.

“Qışda insanları donaraq öldürmək məqsədi ilə”, - deyə Barbok qeyd edib.

Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Putin əvvəlki illərdəkindən daha böyük “soyuq müharibə”yə can atır.

Onun sözlərinə görə, Aİ-nin cavabı Ukrayna üçün yeni qoruyucu qalxan olmalıdır.

Bundan əlavə, Burbok qeyd edib ki, Almaniya ilin sonuna qədər Ukraynaya daha dörd IRIS-T hava hücumundan müdafiə sistemi və əlavə "Gepard" zenit qurğusuvermək niyyətindədir.

O vurğulayıb ki, hava hücumundan müdafiə “Ukraynada insan həyatının qorunması üçün hələ də ən vacib şey olaraq qalır”.

QAZİLER.AZ

Diaspora