Fransa məhkəməsi istintaq zamanı Telegram-ın təsisçisi Pavel Durovun bütün pasportlarını müsadirə edib,
Qaziler.az bildirir ki, bu barədə Paris və Nitsa Vəkillər Kollegiyasının üzvü İrina Sidorova TASS-a müsahibəsində bildirib. Beləliklə, iş adamı respublikanı tərk etmək imkanını itirib.
"İstintaq zamanı onun yanında olan bütün pasportlar götürülüb. Yəni, onun Fransanı hava, dəniz və ya quru yolu ilə tərk etmək imkanı yoxdur", - Sidorova bildirib.
Fransanın Liberation qəzeti Paris prokurorluğunun izahatlarına istinadən yazır ki, Durov müstəsna olaraq hakimin təyin etdiyi ünvanda yaşamağa borcludur. Köçürmə halında Telegram-ın təsisçisi yeni ünvanla razılaşmalıdır.
QAZİLER.AZ