ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp seçki kampaniyasında məşhur ABBA qrupunun mahnılarından istifadə edib. Musiqiçilər buna qarşı çıxıblar.
Qaziler.az-ın məlumatına görə, “The Gaze” nəşri xəbər verir ki, bu barədə “Universal Music” səsyazma leyblinq şirkətinin bəyanatında deyilir.
“ABBA üzvləri ilə birlikdə biz Trampın tədbirlərində səsləndirilən ABBA musiqisinin videolarının ortaya çıxmasından xəbərdar olduqdan sonra bunun dərhal dayandırılmasını və silinməsini tələb etdik”, - bəyanatda deyilir.
Onlar həmçinin əlavə ediblər ki, Trampın komandası seçki kampaniyasında ABBA mahnılarından istifadə etmək üçün heç bir müraciət etməyib. Bunun üçün müvafiq icazələr verilməyib.
Qeyd edək ki, Trampın Minnesotadakı seçki mitinqində bir neçə ABBA hitləri səsləndirilib. Xüsusilə, "The Winner Takes it All" mahnısını daxil ediblər.
Yeri gəlmişkən, ABBA Trampdan seçki kampaniyasında mahnılarından istifadəni dayandırmağı tələb edən ilk musiqiçilər deyil. Xüsusilə, mahnı Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyasında əsas mahnıya çevrildikdən sonra Beyons prezidentliyə namizəddən Freedom" mahnısı ilə videonu silməyi tələb edib.
QAZİLER.AZ