Banqladeşdə daşqınlarda ölənlərin sayı 52-yə çatıb

Banqladeşdə daşqınlarda ölənlərin sayı 52-yə çatıb backend

Banqladeşdə leysan yağışlar zamanı çayların daşması nəticəsində baş verən daşqınlarda həyatını itirənlərin sayı 52-yə yüksəlib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Dhaka Tribune" qəzetinin məlumatına görə, Banqladeş Fəlakətlərin İdarə Edilməsi və Yardım Nazirliyi daşqın fəlakətinin son vəziyyəti ilə bağlı hesabat dərc edib.

Hesabatda daşqının ölkə daxilində 5 milyon 400 mindən çox insanın təsirləndiyi, daşqınlar nəticəsində ölənlərin sayının isə 52-yə yüksəldiyi bildirilib.

Məlumatda bildirilib ki, Mulvibazar bölgəsində seldə itən şəxs hələ də tapılmayıb.

Həmçinin məlumat verilib ki, 595 həkim briqadası daşqından zərər çəkmiş ərazilərdə yerlərdə xidməti vəzifələrini davam etdirir.

Digər tərəfdən, ölkədə baş verən sel fəlakəti ilə əlaqədar bölgədə 3403 müvəqqəti sığınacaqda 500 mindən çox insan yerləşdirilib.

QAZİLER.AZ

Diaspora