Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanıldı

Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanıldı backend

Rusiya müdafiə nazirinin keçmiş müavini, ordu generalı Pavel Popov saxlanılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko komitənin "Telegram" kanalında məlumat verib.

Məlumata görə, Popov olduqca böyük miqyasda dələduzluqda ittiham olunub.

Bildirilir ki, o, Moskva vilayətinin Krasnoqorsk rayonunda özünə məxsus olan ərazidə "Patriot" parkının hesabına tikinti-təmir işləri aparıb, eləcə də, müxtəlif maddi sərvətlərin tədarükünü təşkil edib.

Pavel Popov üç il ərzində "Patriot" parkının təkmilləşdirilməsinə, saxlanılması işlərinə və fəaliyyətinə cavabdeh olub və parkın direktoru Vyaçeslav Axmedov, həmçinin Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini Vladimir Şesterovla birlikdə oradan pul çıxarıb.

Diaspora