Durovun qaça biləcəyi yeganə ölkənin adı açıqlanıb

Durovun qaça biləcəyi yeganə ölkənin adı açıqlanıb backend

Vəkil Aleksandr Dobrovinski “Telegram”ın yaradıcısı Pavel Durovun işi üzrə istintaqın Fransada necə aparılacağından danışıb.

Qaziler.az xəbər verir ki, müdafiəçi fikirlərini “Gazeta.Ru” ilə bölüşüb.

“Tezliklə, əgər bu baş verməyibsə, müstəntiq (hakim göstərişi) təyin olunacaq və o, bu işi araşdırmaq üçün “komanda” yaradacaq. Durov şübhəli şəxs qismində vəkillərini təqdim edəcək. O, Fransanın istənilən yerində yaşaya bilər, lakin bir neçə gündən bir polisə şəxsən xəbər verməli olacaq. Əgər o, Parisdən, deyək ki, Kot d'Azura köçsə, orada qeydiyyatdan keçməli olacaq”, - Dobrovinski açıqlamasında deyib.

Müdafiəçi istisna etməyib ki, bütün istintaq prosesi uzun müddət - iki ilə qədər çəkə bilər.

QAZİLER.AZ

Diaspora