ABŞ: Görüş zamanı Çin Yaponiyanın hava məkanını pozub

ABŞ: Görüş zamanı Çin Yaponiyanın hava məkanını pozub backend

Çin Xalq Respublikası (ÇXR) Yaponiyanın hava məkanını pozub və bunun Çinin xarici işlər naziri Van İ ilə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan arasında keçirilən görüş zamanı baş verdiyi bildirilib.

 Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat dərc edib.

“Birləşmiş Ştatlar bazar ertəsi Sullivan və Vanq arasında keçirilən görüş zamanı Çinin Yaponiyanın hava məkanını pozması barədə məlumat alıb”, - məlumatda qeyd edilib.

Daha əvvəl Sallivan Çinə səfər edib. Çin prezidenti Si Cinpin onunla görüş zamanı deyib ki, Çin və ABŞ dünyada sülh və sabitliyin mənbəyi, eyni zamanda onun inkişafının təminatçısı olmalıdır.

“Reuters” yazıb ki, Ceyk Sallivan Pekin və Vaşinqton arasındakı gərginliyi azaltmaq niyyəti ilə Çinə səfər edib.

QAZİLER.AZ

Diaspora