Pavel Durov İsveçrədə valideynlik hüququndan məhrum edilib

Pavel Durov İsveçrədə valideynlik hüququndan məhrum edilib backend

İsveçrədəki Uşaqların və Böyüklərin Müdafiəsi üzrə Tribunal “Telegram”ın təsisçisi Pavel Durovu valideynlik hüququndan məhrum etmək qərarına gəlib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu haqda özünü Durovun üç övladının anası adlandıran İrina Bolqar “İnstagram”da məlumat verib. Onun sözlərinə görə, qəyyumluq orqanları iş adamı ilə dəfələrlə əlaqə saxlamağa çalışsalar da, o cavab verməyib.

“Uşaqların və Böyüklərin Müdafiəsi üzrə Tribunal Cenevrə qəyyumluq orqanları tərəfindən aparılan araşdırmaya başladı və nəticədə Durovu üç övladımızla bağlı valideynlik hüquqlarından məhrum etmək qərarına gəldi. Qəyyumluq orqanları dəfələrlə, o cümlədən mənim iştirakımla, mənim təqdim etdiyim bütün əlaqələrdən istifadə edərək Durovla əlaqə saxlamağa çalışdılar. Lakin o, cavab vermədi”, - Bolqar bildirib.

Qadın 2022-ci ildə Durova qarşı niyə iddia qaldırdığını da açıqlayıb. Onun sözlərinə görə, sahibkar onu BƏƏ-yə köçməyə məcbur edib. O bundan imtina etdiyi üçün Durov bütün kartlara girişi bloklayıb. Bolqar əlavə edib ki, Durov həmçinin bank hesabları, təhsil və müalicə xərclərini ödəməyi də dayandırıb.

QAZİLER.AZ

Diaspora