Rusiyada uçuş zamanı pilotların gözlərini lazerlə kor etməyə çalışdılar

Rusiyada uçuş zamanı pilotların gözlərini lazerlə kor etməyə çalışdılar backend

Uçuş zamanı Rusiyanın “S7 Airlines” şirkətinə məxsus təyyarənin pilotlarını lazerlə kor etməyə çalışıblar.

Qaziler.az bildirir ki, hadisə barədə “Aviaincident” teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, hadisə avqustun 27-də, “Airbus A319-114” təyyarəsi Beslandan Moskvaya uçarkən baş verib.

“S7” Hava Yollarının əməkdaşları pilot kabininin yaşıl lazer şüası ilə işıqlandırıldığı barədə məlumat veriblər. Təyyarə komandiri hadisəyə baxmayaraq uçuşu davam etdirmək qərarına gəlib. Təyyarə paytaxtın Domodedovo hava limanına təhlükəsiz eniş edib.

QAZİLER.AZ

Diaspora