Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya artıq yardım göndərib.
Qaziler.az “RİA-Novosti”yə istinadla bildirir ki, bu fikirləri Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel səsləndirib.
Onun sözlərinə görə, söhbət 1,4 milyard dollardan gedir, eyni zamanda, siyasətçi əlavə edib ki, Aİ Kiyevə “yardımın məntiqini dəyişib”.
“Biz artıq Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməyə başlamışıq, Ukrayna və Aİ ölkələrinə hərbi təchizat üçün 1,4 milyard avro göndərilib”, - Borrel bildirib.
QAZİLER.AZ