KİV: Durovu müşayiət edən qız "Mossad" agentidir

KİV: Durovu müşayiət edən qız "Mossad" agentidir backend

"Telegram" mesencerinin təsisçisi Pavel Durovun sevgilisi Yuliya Vavilova "Instagram"da geolokasiya paylaşaraq iş adamını xüsusi xidmət orqanlarına ələ verib.

Bu iddia ilə "Daily Mail" nəşri çıxış edib.

İddiada qeyd olunur ki, məhz Y.Vavilovanın sosial şəbəkədəki paylaşımı fransız polisinə P.Durovu Fransaya gətirən təyyarənin hava limanına nə vaxt enəcəyini öyrənməyə imkan verib və hüquq mühafizə orqanları hərəkətə keçərək onu həbs ediblər.

Qəzet Y.Vavilovanın "Mossad" agenti ola biləcəyini də ehtimal edir.

Mənbə yazır ki, Yuliya Vavilova Pavel Durovun getdiyi hər yerdə peyda olub. Bütün bu məqamlar onun xüsusi xidmət orqanlarının əlində "qarmağa" çevrildiyini dəməyə əsas yaradır. Həmçinin qadının indiyə qədər P.Durovun saxlanılmasına dair heç bir açıqlama verməməsi də müxtəlif şübhələrə yol açır.

Xatırladaq ki, ötən gün Fransa məhkəməsi "Telegram"ın yaradıcısı Pavel Durovun məhkəməyə gəlmək üçün polis nəzarətindən azad edilməsi barədə qərar qəbul edilib. Qərar istintaq hakimi tərəfindən qəbul olunub.

Qeyd edilib ki, P.Durov qeyri-qanuni kontentlə bağlı araşdırmalarda hakimiyyətlə əməkdaşlıqdan imtina etdiyinə görə saxlanılıb. Pavel Durov avqustun 24-də Fransada saxlanılmışdı.

Oxu.az

Diaspora