“Axmat” idman klubunun baş direktoru Ali Kadırov “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edilib.
Qaziler.az xəbər verir ki, bu barədə Çeçenistan liderinin köməkçisi Umar Daudov teıeqram kanalında paylaşıb. Onun sözlərinə görə, Ramzan Kadırovun oğlu regionda idmanın inkişafına böyük töhfə verib.
“Bu, həqiqətən də layiqli bir mükafatdır! Ali Ramzanoviç rayonda idmanın inkişafına, onun nisbətən qısa müddətdə yeni səviyyəyə qaldırılmasına böyük töhfələr verib”, - deyə Daudov vurğulayıb.
Qeyd edilir ki, Çeçenistan rəhbərinin on altı yaşlı oğlu Adəm Kadırov bu vaxta qədər yeddi ordenlə təltif olunub. Ötən il o, Çeçenistan Respublikasının Qəhrəmanı adını da alıb.
QAZİLER.AZ