Böyük Britaniya kraliçası II Yelizavetanın Rusiya prezidenti Vladimir Putinə ünvanladığı açıqlaması dərc olunub.
Bu barədə "Daily Beast" məlumat yayıb.
Materialın müəllifi qeyd edir ki, Yelizaveta hakimiyyəti dövründə dəfələrlə xarici liderlərlə görüşüb. Onların arasında Ağ Evin rəhbəri Donald Tramp, Zimbabve prezidenti Robert Muqabe, Yaponiya imperatoru Hirohito da olub. Onlardan ayrıldıqdan sonra kraliça keçən görüşü heç də xoş görmədiyini ifadə edib.
Nəşr o vaxt Britaniyanın daxili işlər naziri olmuş siyasətçi Devid Blunkettə istinadən Yelizaveta ilə Rusiya lideri Vladimir Putinin 2003-cü ildəki görüşündən bəhs edib. Anadangəlmə kor olan Blunkett görüşə Rusiya prezidenti qəbul zalına gələn kimi hürməyə başlayan bələdçi itlə gəlib.
Böyük Britaniya kraliçası isə itin reaksiyasını belə şərh edib: "İtlərin maraqlı instinktləri var, elə deyilmi?"
QAZİLER.AZ