Netanyahu oğlunun təhlükəsizliyinin artırılmasını tələb edib

Netanyahu oğlunun təhlükəsizliyinin artırılmasını tələb edib backend

İsrailin baş naziri Benyamin Netanyahu İranın mümkün sui-qəsd cəhdindən qorxduğu üçün “Şin Bet” təhlükəsizlik xidmətindən oğlu Yair üçün təhlükəsizliyi gücləndirməyi xahiş edib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, baş nazirin oğluna sui-qəsd HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyənin ləğvi üçün həyata keçirilə bilər. Jurnalistlərin dediyinə görə, təhlükəsizliyin gücləndirilməsi tələbi artıq Netanyahu ofisinin direktoru Yossi Şelli tərəfindən təqdim edilib.

Eyni zamanda, İsrail baş nazirinin ofisi “Kanal 12”nin yaydığı bu cür xəbərləri təkzib edib. Təhlükəsizlik xidmətinin məlumatına görə, hazırda Yair Netanyahunun həyatı üçün heç bir təhlükə yoxdur.

Yair Netanyahu 2015-ci ildən Mayamidə yaşayır. O, indi elitar “Şin Bet 730” bölməsinin himayəsi altındadır.

QAZİLER.AZ

Diaspora