Vuçiç Makronla Kosovodakı vəziyyəti müzakirə edəcək

Vuçiç Makronla Kosovodakı vəziyyəti müzakirə edəcək backend

Serbiya prezidenti Aleksandar Vuçiç Belqrada səfəri zamanı Fransa prezidenti Emmanuel Makronla Kosovodakı vəziyyəti müzakirə etməyi planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Serbiya prezidenti qeyd edib ki, onun prioriteti regionda sülh və sabitliyin qorunmasıdır.

Makronla planlaşdırılan söhbət Kosovonun şimalında Mitrovitsa şəhərinin “serb” və “alban” hissələrini ayıran körpünün açılması ilə bağlı şayiələr fonunda baş tutacaq.

Makron avqustun 29-30-da Serbiyaya səfər edəcək. Səfəri zamanı ilk növbədə bu ölkənin Avropa İttifaqına inteqrasiyasının davam etdirilməsini müzakirə etməyi planlaşdırır.

QAZİLER.AZ

Diaspora