İsrail Müdafiə Qüvvələri, İsrail Təhlükəsizlik Agentliyi və polis oktyabrın 7-də Qəzza zolağında əsir götürüldükdən sonra həlak olmuş əsgərin cəsədini tapıb.
Qaziler.az xəbər verir ki, bu barədə SAXAL teleqram kanalında məlumat verilib.
“Onun ailəsinə məlumat verilib. Ailəsinin xahişi ilə həlak olan əsgərin adı açıqlanmayacaq. Ailəsinə dərin hüznlə başsağlığı verir və onları müşayiət etməyə davam edəcəyik”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bir gün əvvəl İsrail Müdafiə Qüvvələri 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı tərəfindən girov götürülən əsgəri azad etdiyini açıqlamışdı. Əməliyyatın İsrailin Baş Təhlükəsizlik Xidmətinin nümayəndələri ilə birgə həyata keçirildiyi vurğulanıb.
QAZİLER.AZ