ABŞ Maliyyə Nazirliyi rusiyalı bankir, “Sovcombank”ın eks-prezidenti İlya Brodskini sanksiyalar siyahısından çıxarıb.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, məlumat ABŞ Maliyyə Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yayılıb.
Dərc edilmiş məlumatlara görə, Brodski SDN sanksiya siyahısından çıxarılıb.
Qeyd edilib ki, Brodski və bankın idarə heyətinin digər 16 üzvünə qarşı məhdudiyyətlər 24 mart 2022-ci ildə tətbiq edilib. “Sovcombank” 24 fevral 2022-ci ildən Amerika tərəfindən məhdudiyyətlərə məruz qalıb.
QAZİLER.AZ