Durov qardaşları uşaq pornoqrafiyasının yayılmasında ittiham ediliblər

Durov qardaşları uşaq pornoqrafiyasının yayılmasında ittiham ediliblər backend

“Telegram”ın təsisçisi Pavel Durov və onun qardaşı Nikolay Durov barəsində uşaq pornoqrafiyasının saxlanması, habelə onun yayılmasında iştirak etdikləri ittihamı ilə həbs qərarı verilib.

Qaziler.az xəbər verir ki, məlumatı “Politico” yayıb.

KİV-in məlumatına görə, söhbət həm də mütəşəkkil qruplaşmaya azyaşlıların şəkillərinin “təklif edilməsi və onlara çıxışın təmin edilməsindən” gedir.

İstintaq Parisin kibercinayətkarlıq bölməsi tərəfindən aparılır. İstintaq zamanı məlum olub ki, adı açıqlanmayan şübhəli şəxs azyaşlıları özlərinin istehsal etdikləri pornoqrafiyanı göndərməyə sövq edib.

QAZİLER.AZ

Diaspora