Corc Kluninin fondu arzuolunmaz QHT-lər siyahısına salındı

Corc Kluninin fondu arzuolunmaz QHT-lər siyahısına salındı backend

Hollivud aktyoru Corc Kluninin “Clooney Foundation for Justice” fondu Rusiyada fəaliyyəti arzuolunmaz qurum kimi tanınan xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının reyestrinə daxil edilib.

Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında qeyd olunub. Siyahıya Almaniyadan olan bir QHT də daxil edilib. Söhbət “Sülhsevər Rusiyanın deputatları” qeyri-hökumət təşkilatından gedir.

Corc Kluni Fondu ilə bağlı qərar avqustun 14-də verilib. Bir gün əvvəl arzuolunmaz xarici və beynəlxalq təşkilatlar siyahısına “Sülhpərvər Rusiyanın deputatları” əlavə edilib. Rusiya Federasiyasının Baş Prokurorluğu artıq bu QHT-lərin fəaliyyətini ölkədə arzuolunmaz hal kimi tanıyıb.

Corc Kluninin fondu 2016-cı ildə yaradılıb. "Kluni Ədalət Fondu" hüquqları pozulan insanlara hüquqi yardım edir. Təşkilat dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərir.

QAZİLER.AZ

Diaspora