İsveçdə Quranın yandırılması aksiyalarının təşkilatçılarına qarşı ittiham irəli sürülüb

İsveçdə Quranın yandırılması aksiyalarının təşkilatçılarına qarşı ittiham irəli sürülüb backend

İsveç prokurorluğu Stokholmda Quranın yandırılması aksiyalarından sonra iki nəfəri etnik mənsubiyyətinə görə nifrəti qızışdırmaqda ittiham edib.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə İsveç prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün prokuror 2023-cü ilin yayında Stokholmun müxtəlif yerlərində Quranın yandırıldığı dörd hadisədən sonra 38 və 49 yaşlı şəxsləri etnik mənsubiyyətinə görə nifrəti qızışdırmaqda ittiham edib”, - məlumatda bildirilib.

Xatırladaq ki, ötən ilin iyun və avqust aylarında ölkədə Quranın yandırılması ilə bağlı dörd aksiya keçirilib, onlardan biri də Stokholmun mərkəzindəki məscidin qarşısında Qurban bayramının qeyd edilməsi zamanı təşkil edilib.

Diaspora