Çin xarici işlər naziri Van İ ABŞ-yə xəbərdarlıq edib.
Apa xəbər verir ki, bu barədə “Xinhua“ məlumat yayıb.
XİN rəhbəri bildirib ki, ABŞ iqtisadiyyat, ticarət və texnologiya sahələrində Çini sıxışdırmağı dayandırmalıdır.
Van İ Ukrayna münaqişəsindən də danışıb. O qeyd edib ki, ABŞ Ukrayna məsələsində məsuliyyəti Çinin üzərinə atmamalıdır.