Mozambikdə həbs edilən 10 iranlı dənizçi 18 aydan sonra sərbəst buraxılıb

Mozambikdə həbs edilən 10 iranlı dənizçi 18 aydan sonra sərbəst buraxılıb backend

Mozambik ərazi sularını pozduqlarına görə təxminən 18 aydır Mozambikdə nəzarətdə saxlanılan 10 iranlı dənizçinin sərbəst buraxıldığı bildirilib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə İranın Cənubi Afrikadakı səfirliyinin X sosial media hesabında açıqlama verilib. 

Açıqlamada sözügedən dənizçilərin 18 ay əvvəl Mozambik polisi tərəfindən ərazi sularını pozduqları üçün həbs edildiyi bildirilib.

Məlumatda 10 iranlı dənizçinin uzun sürən hüquqi və diplomatik təşəbbüslərdən sonra azad edilərək ölkəyə qaytarıldığı bildirilib.

QAZİLER.AZ

Diaspora