Rumıniya Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Moldovanın yeganə limanı Curculeştin alınmasını müzakirə edəcək.
Qaziler.az bildirir ki, bu barədə Newsmaker xəbər verir.
Söhbət limanın beynəlxalq hissəsinin alınmasından gedir. “Curculeştdə iki liman infrastrukturunun olduğunu aydınlaşdırmaq vacibdir”, - Moldova hökumətinin mətbuat katibi Daniel Voda izah edib.
Rumıniya limanın beynəlxalq hissəsini almaq niyyətindədir. AYİB həmçinin limanın satışı ilə bağlı Türkiyə, Hollandiya və Danimarka ilə danışıqlar aparır.
Curculeşt Moldovada Qara dənizə çıxışı olan yeganə limandır