Çərşənbə günü Yaponiyanın cənub-qərb adalarına tayfunun yaxınlaşdığı, yaxın günlərdə güclü külək və leysan yağışları barədə yerli sakinlərə xəbərdarlıq edilib.
Qaziler.az bildirir ki, bu barədə məlumatı avqustun 28-də Associated Press agentliyi yayıb.
"Şanşan tayfunu çərşənbə axşamı səhər cənub Amami adasından təxminən 130 km şərqdə olub, 162 km/saata çatan küləyin sürəti ilə yavaş-yavaş Kyuşuya doğru şimala doğru istiqamətlənib", - məlumatda deyilir.
Bildirilir ki, yaxın 24 saat ərzində Amami adasına 40 sm-ə qədər, Kyuşu bölgəsinə çərşənbə günündən cümə axşamına kimi isə 50 sm-ə qədər yağış yağacaq.
Hazırda dağıntı və tələfat barədə məlumat yoxdur.
Yaponiyanın dəmir yolu şirkətləri çərşənbə günündən bazar gününə kimi Kyuşu və Honsyu adalarında xidmətləri dayandıra biləcəklərini bildiriblər.
QAZİLER.AZ