4 yaşlı uşaq muzeydə 3500 illik küpəni sındırdı

4 yaşlı uşaq muzeydə 3500 illik küpəni sındırdı backend

İsrailin Hayfa şəhərindəki Hecht Muzeyində nümayiş etdirilən 3500 illik küpə muzeyi ziyarət edərkən 4 yaşlı uşaq tərəfindən təsadüfən qırılıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Hecht Muzeyinin rəsmiləri küpün  eramızdan əvvəl 2200-1500-cü illər arasında Tunc dövrünə aid nadir əsərdir.

Əsərin bu qədər sağlam qalması onu çox xüsusi edib.

Muzey hesab edir ki, arxeoloji tapıntıların şüşəsiz nümayiş etdirilməsində “xüsusi cəlbedicilik” var və buna görə də əsər giriş hissəsində şüşə qoruma olmadan nümayiş etdirilib.

Hadisə zamanı küpəni sındıran oğlanın atası Aleks oğlunun “içində nə olduğunu düşündüyü üçün” qabı yavaşca dartdığını və bu səbəbdən küpün yerə düşdüyünü bildirib.

Küpün bərpası üçün ekspert təyin edilib və onun yaxın vaxtlarda yenidən sərgilənməsi planlaşdırılır. Alex küpün yenidən təmir edilməsindən məmnun olacaqlarını, lakin "artıq əvvəlki əşya olmayacaq" deyə təəssüfləndiklərini söyləyib.

Muzey, əsərlərin mümkün olduğu yerlərdə şüşəsiz və maneəsiz sərgilənməyə davam edəcəyini və “nadir hallarda belə hadisələrə” baxmayaraq, bu ənənəni davam etdirmək niyyətində olduqlarını bildirib.

QAZİLER.AZ

 

Diaspora